Qərbi Azərbaycan əyalətinin Salmas şəhərində evlərin birində əldəqayırma bombanın partlaması nəticəsində 44 yaşlı qadın ölüb, daha 4 nəfər isə yaralanıb.
Paytaxt.org .az axar.az-a istinadla xəbər verir ki, bu barədə Qərbi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzi məlumat yayıb.
Məlumata görə, yaralıların üçünün vəziyyəti ağırdır və həyatları təhlükədədir.