Magistraturaya qəbul üzrə I cəhd imtahanına sayılı günlər qalıb. Hər il onminlərlə bakalavr imtahanda iştirak edərək topladığı bala və ixtisasına müvafiq proqramları seçir.
Bəs görəsən, illər ərzində ən az hansı proqram üzrə bakalavr magistrant adını qazanıb?
AzEdu.az bu mövzu ilə bağlı araşdırma edib.
Məlum olub ki, 2023-cü ildə çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri ixtisası üzrə magistraturaya 3 nəfər qəbul olub:
Qeyd edək ki, həmin ixtisas üzrə ümumi 10 plan yeri ayrılıb. Magistrantların hər biri dövlət sifarişi əsasında təhsil alır.
Aktyor sənəti üzrə isə magistraturaya 7 nəfər qəbul olub:
Ümumilikdə ixtisas üzrə 7 nəfər ərizə verib, onlardan 4 nəfər magistrant adını qazanıb. Tələbələrin 3-ü dövlət sifarişi əsasında təhsil alırlar.
2022-ci ilin qəbul nəticələrinə baxdıqda, görürük ki, optotexnika ixtisası üzrə 2 nəfər universitetə qəbul olub:
Onların hər biri dövlət sifarişi əsasında təhsil alır. Ümumilikdə ixtisas üzrə 7 plan yeri ayırılıb.
Növbəti ən az qəbul alan ixtisas hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi olub. Bu ixtisas üzrə 4 nəfər bakalavr qəbul olub, onlardan 3-ü dövlət sifarişi əsasında təhsil alır.
Qeyd edək ki, plan yeri bu sahə üzrə 100% dolub.
2021-ci ildə aktyor sənəti üzrə 2, kosmik texnika və texnologiyalar mühəndisliyi, dinşünaslıq, hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi üzrə isə 3 nəfər magistraturaya qəbul olub:
Qeyd edək ki, həmin ixtisaslar üzrə plan yeri ən az dolmuş ixtisas dinşünaslıq ixtisası olub. Onun cəmi 25%-i dolub.
2020-ci ildə Aktyor sənəti üzrə 1 nəfər magistraturaya qəbul olub və dövlət sifarişi əsasında təhsil alıb:
2020-ci ildən bugünə qədər ən az tələbənin təhsil aldığı ixtisas məhz aktyor sənəti olub.