AZ

Zelenski Poroşenkoya sanksiya tətbiq etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) ölkənin beşinci prezidenti, "Avropa həmrəyliyi"nin xalq deputatı Petro Poroşenkoya qarşı sanksiyaların tətbiq edilməsi haqqında 12 fevral tarixli qərarını təsdiqləyib.
Oxu.Az Ukrayna KİV-ə istinadla xəbər verir ki, V.Zelenskinin təsdiqlədiyi qərarda sanksiyalara məruz qalanlar arasında iş adamı İqor Kolomoyski, milyarder Konstantin Jevaqo, "Privatbank"ın keçmiş həmsahibi Gennadi Boqolyubov və dövlətə xəyanətdə ittiham olunan Viktor Medvedçuk da var.
Qərarın icrasına nəzarət MTMŞ-nin katibinə həvalə edilib. Fərman dərc edildiyi gündən qüvvəyə minir.
Xatırladaq ki, Ukrayna lideri Şuranın iclasının yekunları ilə bağlı demişdi ki, "Rusiyaya kömək edən hər kəs cavab verəcək".
Seçilən
22
oxu.az

1Mənbələr