AZ

Deputat: “Rus məktəblərinin dövlət hesabına maliyyələşməsi, özəl məktəblər olmaması zamanla həllini tapa biləcək məsələdir”

“Rus məktəblərinin dövlət hesabına maliyyələşməsi, özəl məktəblər olmaması zamanla həllini tapa biləcək məsələdir. Rus məktəbləri həmişə ölkəmizdə fəaliyyət göstərib. Hazırkı dövrdə aramızda baş verən fikir ayrılığı səbəbindən indi belə bir qərarın qəbul edilməsinə nə dərəcədə zərurət var? Bunu ciddi düşünməliyik”.

 

Bu sözləri Pravda.az-az açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

 

“Təbii ki, dövlət dilimiz Ana dilidir. Digər məsələlərin isə hamısını dövlət özü diqqətdə saxlayır. Bu proses mərhələli şəkildə getməlidir. Birdən-birə dövlət hesabına maliyyələşən rus məktəblərini bağlamamalıyıq, çünki hazırkı dönəmdə bizim üçün müəyyən problemlər, çətinliklər yarada bilər. Əvvəlki illərlə müqayisədə onsuz da ölkəmizdə rus məktəblərinin sayında ciddi azalma var. Rusiya ilə münasibətlərimizi sona qədər gərginləşdirməkdən, ağırlaşdırmaqdan çəkinməliyik. Bu məsələ Rusiyada da geniş müzakirə olunur və kimlərsə əleyhimizə istifadə etməyə cəhd göstərə bilər. Səbirlə hərəkət etməliyik”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 13 Fevral 2025, 14:16   
Seçilən
12
pravda.az

1Mənbələr