AZ

Diqqəti yoldan yayınan sürücü qırmızıda keçib təhlükəli anlar yaşatdı - VİDEO

Bakıda yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücü təhlükəli anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 10-da, paytaxtın Əbdürrəhim bəy Haqverdiyev küçəsində qeydə alınıb.

Belə ki, 77-GT-210 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü Əhməd Cəmil küçəsilə kəsişmədə svetoforun qırmızı işığında dayanmadan hərəkətinə davam edib. O, həm soldan, həm də sağdan gələn avtomobillərə təhlükə yaradıb. Xoşbəxtlikdən hadisə qəzasız nəticələnib. Güman edilir ki, sürücü sükan arxasında mobil telefondan istifadə etdiyi üçün diqqəti yoldan yayınıb.

Sözügedən videonu təqdim edirik.

 

Fərid

Seçilən
26
avtosfer.az

1Mənbələr