AZ

Paşinyandan Təhlükəsizlik Xidmətinə şikayət ediblər

Paşinyandan

“Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdəki bəyanatı əsasında Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyana mümkün cinayətlə bağlı hesabat təqdim etdim”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı, Daşnaksütyun Partiyasının üzvü Qeqam Manukyan deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan “Ermənistan” müxalifət blokunun parlament fraksiyasını Ermənistana qarşı hibrid müharibədə və təxribatda ittiham edib. “Bu, başa düşdüyünüz kimi, Cinayət Məcəlləsinin 299-cu maddəsinin, yəni dövlətə xəyanətin elementlərini ehtiva edir. Nikol Paşinyanın sözlərini məktuba əlavə etmişəm. Məktubda Milli Təhlükəsizlik Xidmətinin direktorunu cinayətlə bağlı bu məlumatı baxılmaq üçün qəbul etməyə, sonra isə prosesin gedişi barədə məlumat verməyə çağırdım”, - deyə deputat əlavə edib.

Manukyanın fikrincə, Paşinyanın son 6 ildə verdiyi məsuliyyətsiz bəyanatlar cavabsız qalmamalıdır.

“Gəlin görək Ermənistana qarşı hibrid müharibə aparan, Ermənistanda xarici dövlətlərin lüğətindən istifadə edən, erməni xalqına qarşı fəaliyyət göstərən kimlərdir”,-deyə erməni deputat bildirib.

ELÇİN
Seçilən
24
1
reyting.az

2Mənbələr