AZ

Poroşenko Zelenskini korrupsiyada ittiham edib

Ukraynanın keçmiş prezidenti, müxalif “Avropa Həmrəyliyi” partiyasının rəhbəri Pyotr Poroşenko Vladimir Zelenskini korrupsiyada ittiham edib.

Bu barədə o, Telegram kanalında yazıb.

Onun sözlərinə görə, pis nəticələrə görə bütün məsuliyyət Zelenskinin üzərinə düşür, o cümlədən hakimiyyətinin ilk üç ilində ordunun problemlərinə məhəl qoymamasına görə.

“Hərbçilərin torpaqlarımızı müdafiə etməyə və mübarizə aparmağa heç bir şeyin olmadığı şəraitdə… korrupsiyaya görə məsuliyyət. Böyük qanla korrupsiya. O, faciəvi səhvlərinə görə günahkar axtarır”, – Ukraynanın keçmiş prezidenti vurğulayıb.

Bundan əvvəl Poroşenkonun evinin yaxınlığında təhlükəsizlik qüvvələrinin növbətçiliyi olduğu məlum olub.

DOĞRU.AZ

Seçilən
17
dogru.az

1Mənbələr