AZ

Kişi tanış olduğu qadının nəvəsinə təcavüz etdi: “Utandığımdan qışqıra bilmədim”

Bakının Xəzər rayonunda 1967-ci il təvəllüdlü Telman tanışı Mətanətin azyaşlı nəvəsi Ləmana (adlar şərti verilib – red.) qarşı seksual xarakterli hərəkətlər edib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Telman təxminən 2022-ci il sentyabrın əvvəllərində Binə qəsəbəsi, Bolluq yaşayış massivində yerləşən nömrəsiz fərdi evin həyətində 2013-cü il təvəllüdlü Ləmanla tək qalarkən ona qarşı digər intim hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Telmanın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Telman ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, Mətanəti tanıyır: “Onu Səmayə adlı şəxsin vasitəsi ilə tanımışam, aramızda normal münasibət olub. Heç bir düşmənçilik və ya ədavətimiz olmayıb. Məlum hadisədən 2 ay əvvəl Səmayə məndən Mətanət adlı rəfiqəsinə Binə qəsəbəsində torpaq sahəsi tapmağımı xahiş etdi. Mən də razılaşaraq Binədə torpaq sahəsi tapdım. Mətanət torpağı bəyəndi. Ondan 200 manat beh aldım.

Mətanət xahiş etdi ki, ev tikilən müddətdə yaşamaq üçün Binədə ona kirayə ev tapım. Mən kirayə ev axtarmağa başladım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 2022-ci il sentyabrın əvvəllərində Binə Atçılıq qəsəbəsində Səmayənin evində Mətanətlə görüşüblər: “Adını bilmədiyim azyaşlı nəvəsi də Mətanətin yanında idi. Mətanətlə görüşərkən nəvəsinin yanağından da öpdüm. Sonra birlikdə kirayə evə baxmağa getdik. Binə qəsəbəsi, Bolluq yaşayış massivində evə baxdıq. Orada tanımadığım ev sahibi olan kişi və iki qohumu da var idi.

Əvvəlcə həyətdə olan çardağın yanında dayandıq. Sonra baxmaq üçün evə keçdik. Ev sahibləri ilə pul söhbəti zamanı həyətə düşərək siqaret çəkdim. Mətanətin nəvəsi də həyətdə idi. Mən siqaret çəkəndə həmin azyaşlı qız ağacdan giləmeyvə dərib yeyirdi. Həyətin çardaq olan hissəsində ikimiz dayanmışıq. Ağacdan giləmeyvə dərib qıza verdim. Uşağın arxa tərəfindən qoltuqaltı nahiyədən tutub fırladaraq oynadırdım.

Mətanət bizə yaxınlaşdı və dedi ki, uşağı incitmə. Dedim ki, uşaqla oynayıram da, neynəyirəm ki. Sonra birlikdə çıxaraq getdik. Uşağın dodağından öpməmişəm, oynadarkən başqa məqsədim olmayıb. Uşaqbazlıq etməmişəm və onunla qeyri-təbii yolla cinsi əlaqədə olmamışam. Ev alınmadığına görə uşağın nənəsi verdiyi 200 manat behi geri istədi. Aramızda başqa söz-söhbət olmadı. Mən uşağın öyrədildiyini hesab edirəm”.

Seçilən
2
2
publika.az

3Mənbələr