Nikitin adına Kolxoz (VÖEN: 5400029191) adını və təşkilati-hüquqi formasını dəyişir.
FED.az xəbər verir ki, kolxoz"İvanovka Aqropark" Açıq Səhmdar Cəmiyyətinə çevrildiyini elan edir.
Qeyd edək ki, bu kolxoz təsərrüfatı 26 iyun 1970-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Vasiliy Uryupin İvanoviçdir.
Hüquqi ünvanı İsmayıllı rayonu İvanovka kəndidir.