Avropa Neyropsixofarmakologiya Kollecinin alimləri xoşbəxt uşaqların ilin hansı fəslində doğulduğunu araşdırıb.
Medianews.az xəbər verir ki, 400 nəfərin cəlb olunduğu araşdırmaya əsasən, yazda doğulan uşaqlar yetkinlik dövründə daha şən və nikbin olurlar.
Payızda doğulanlarda isə depressiyaya meyillilik müşahidə edilir.
Yayda doğulanlar əsəbi, qışda doğulanlar daha təmkinli olur.
Alimlərin qənaətinə görə, insanın doğulduğu fəsil yetkinlik dövründə onun şəxsiyyətin formalaşmasına ciddi təsir göstərir.
Mütəxəssislər bunu fəsillərin beyinə kimyəvi təsiri ilə izah edirlər. Amma istisnalar da az deyil.
Medianews.az