Türkiyəli müğənni İbrahim Tatlısəs barəsində cinayət işi başlanıb.Missiya.Az xəbər verir ki, ifaçının keçmiş meneceri Şule Yazar İzmir Respublika Baş Prokurorluğuna müraciət edib.
O, müğənnidən şikayətçi olduğunu bildirib. Şulenin şikayəti əsasında ifaçıya qarşı “hədə-qorxu, təhqir, təzyiq və psixoloji zorakılıq” iddiası ilə cinayət işi açılıb.
"Hadisənin bu yerlərə gəlib çıxmasını istəməzdim. İki uşaq anasıyam. Həyat yoldaşımı, övladlarımı qorumaq və mənə edilənləri bildirmək üçün şikayət ərizəmi təqdim etdim. Hamiləliyim boyunca telefonda üstümə qışqırdı, mənə təzyiqlər etdi. Bütün bunlar azalar deyə düşündüm, amma daha da artdı. Ona görə də hüquq çərçivəsində həllini tapmasını istəyirəm", - Tatlısesin keçmiş meneceri vurğulayıb.
Zərintac MayisqızıMissiya.Az