Bakı, 13 fevral, AZƏRTAC
Bakıda təşkil olunan badminton üzrə qarışıq komandaların Avropa çempionatı dünya miqyasında böyük tamaşaçı kütləsinə malikdir.
Azərbaycan Badminton Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yüz milyonlarla izləyici peyk yayımı vasitəsilə ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq yarışın yarımfinal və final qarşılaşmalarını izləmək imkanı qazanacaq.
Turnirin son 2 günündə baş tutacaq həlledici mərhələ və medal qarşılaşmaları dünyanın aparıcı badminton ölkələri hesab olunan Çin, Malayziya, Sinqapur, Honq Konq, Çin Taypeyi, Tailand, İndoneziya, Vyetnam, Hindistan, Danimarka, Fransa, Almaniya, İspaniya, ABŞ və digər bölgələrdə tamaşaçılara canlı təqdim edəcək. Bakıda bir araya gələn qitənin ən güclü komandalarının performansı dünya badminton azarkeşlərinin diqqət mərkəzində olacaq.