"Qalatasaray" - "Adana Demirspor" oyununda qonaq komandanın meydanı tərk etməsindən sonra Türkiyə Futbol Federasiyasından belə adddımlara dair yeni qərar qəbul edilə bilər.
Offsideplus.az xəbər verir ki, TFF idarə heyətinin iclasında oyun zamanı meydandan çıxan komandalara qarşı daha sərt cəzaların verilməsi planlaşdırılıb. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
Yeni təlimata əsasən klubun qarşılaşmadan çəkildiyi ilk andaca aşağı liqaya göndərilməsi nəzərdə tutulub. Qaydanın yaxın günlərdə qüvvəyə minəcəyi gözlənilir.