AZ

Ekspert: Azərbaycan radiolarında yol-nəqliyyatla bağlı verilişlər həddən artıq çoxdur

O, bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində radiolarda avtomobil mövzularında verilişlər bu qədər çox deyil.

Bu gün, fevralın 13-də dünya ictimaiyyəti Ümumdünya Radio Gününü qeyd edir. Azərbaycanda radionun yarandığı gün isə 1926-cı il noyabrın 6-na təsadüf edir. İlk dövrdə Bakı studiyası indiki İstiqlaliyyət küçəsi 10 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının üçüncü mərtəbəsində, cəmi 3 otaqda fəaliyyət göstəriib.

Bəs hazırda Azrərbaycanda radio sahəsi necə inkişaf edib? 

Məsələ ilə bağlı Media eksperti, Əməkdar jurnalist Azər Həsrət Operativ Media-ya açıqlama verib.

Ekspert ölkəmizdə son zamanlar bir neçə yeni radio fəaliyyətə başlaydığını bildirib:

Azərbaycan radioları haqqında deməzdim ki, hamısı bərbad gündədir. Dövlət İctimai radiomuzla bərabər bir neçə digər radiolar da var ki, onları da dinləyirəm. Eyni zamanda son zamanlar bir neçə yeni radio fəaliyyətə başlayıb ki, bu çox müsbət haldır. Bu radiolar kifayət qədər sanballı və normal şəkildə dinlənə bilən radiolardır. Radio elə bir şeydir ki, işlə birlikdə asan şəkildə dinlənilir. 

Amma bəzi radiolar həqiqətən də çox səviyyəsiz verilişlərlə hazırlanır. Danışıq dili küçə səviyyəsində atmacalar, lağ-lağı söhbətlər səsləndirilir. Bu şeylərdən imtina etməliyik. Bununla bağlı tədbir görülməlidir.

Eyni zamanda hazırda radiolarımızda yol-nəqliyyatla bağlı radio verilişləri həddən artıq çoxdur. Bu verilişlərin çoxluğunu təqdir etmirəm. Əlbəttə, bu verilişlər radiolarda olmalıdır amma bu qədər yox. Eyni zamanda, bizim cəmiyyət o gündədir ki, maşın sürən şəxslərə əlavə maarifləndirici verilişlər göstərilir. Dünyanın inkişaf etmiş ölkələrində isə radiolarda avtomobil mövzularında verilişlər bu qədər çox deyil".

Seçilən
18
operativmedia.az

1Mənbələr