Bir az beynəlxalq hüquq:Deməli, bu, Azərbaycanın Ermənistana qarşı iddia qaldırdığı arbitraj işlərindən biridir.Bern Konvensiyasına arbitraj daxildir, lakin əvvəllər heç vaxt sınaqdan keçirilməyib. Azərbaycan bunu tətbiq edən ilk ölkədir.
Ona görə də Konvensiya üzvlərinin praktiki addımlar baxımından bunun necə olacağı çox maraqlıdır.
Belə ki, Konvensiyaya görə, hər bir ölkə öz arbitrini təklif edib, üstəlik bir arbitr razılaşma yolu ilə seçilir. Bütün bunlar Konvensiyada göstərilib. Ona görə də ilk iclasları keçirmək mümkün oldu.Qərar 2/3 səslə qəbul edilir və tərəflərin şərtləri qəbul etməsi tələb olunur.Azərbaycan itkiləri hesablayıb və audit aparıb.Ermənistan, məncə, müdafiəsini onunla əsaslandıracaq ki, heç bir günahı yoxdur, bunu Qarabağ edib.Amma AİHM (Avropa İnsan Haqları Məhkəməsi - ANSPress) Çıraqovun və digərlərinin Ermənistana qarşı Ermənistanın işğal olunmuş ərazilərə effektiv nəzarəti ilə bağlı qərarı var, ona görə də bu nəticə verməyəcək.
Bəs Ermənistan uduzsa və cərimə ödəməyə məcbur olsa, amma istəməsə, bu necə təmin olunacaq?Üçüncü ölkələrdə cərimələr erməni mülkiyyətinə tətbiq edilir: veksellər, gəmilər, təyyarələr, daşınmaz əmlak. Bu, ödənişləri təmin etməyə imkan verir.