AZ

Ukraynanın parçalanması gündəmdə - Narışkin tapşırıq verdi

Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Xarici Siyasət Xidmətinin direktoru Sergey Narışkin Rusiya tarixi cəmiyyətinin dəyirmi masasındakı iclasda Ukraynanın bölünməsinin mümkünlünü tarixi cəhətdən təhlil etməyə çağırıb. Narışkin "Ukraynada dövlətçiliyin iflasa uğradığını" söyləyib.

Narışkin deyib: "Bu şəraitdə dağılmasının labüdlüyü səbəbəindən onun torpaqlarının qonşu ölkələrə paylaşdırılacağının qaçılmaz olduğu barəsində mülahizələr səsləndirilib. Belə bir ehtimalı dəqiq tarixi analiz edilməlidir".

Narışkin 1991-ci ildə Zakarpatye vilayətində keçirilmiş, vilayətin muxtariyyət verilməsini tələb edən referendumu xatırladıb, "Kiyevin xalqın iradəsinə nəzərə almamağa üstünlük verdiyini" deyib.

Narışkinin fikrincə, müasir Ukrayna ərazisilərinə "ən ardıcıl iddia" Polşa tərəfindən irəli sürülür: "İndi onlar Lvova nəzər salıblar. Ümumiyyətlə, bu, əsassız deyil". 

Hürr Tərcüman

 

Seçilən
0
1
hurriyyet.az

2Mənbələr