AZ

Somali nümayəndə heyəti komando hərbi hissəsində olub

Bakı. Trend:

Ölkəmizdə səfərdə olan Somali Federativ RespublikasınınPrezidenti Hasan Şeyx Mahmud və müdafiə naziri Abdulkadir MəhəmmədNur fevralın 13-də Azərbaycan Respublikasının müdafiə nazirigeneral-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri VüqarMustafayevlə birlikdə Azərbaycan Ordusunun komando hərbihissələrinin birində olublar.

Trend xəbər verir ki, əvvəlcəhərbi hissədə fəxri qarovul dəstəsinin müşayiəti ilə qarşılanmamərasimi keçirilib.

Sonra hərbi hissənin idman zalında Müdafiə Sənayesi Nazirliyinintəqdim etdiyi yeni simulyasiya vasitəsinə baxışdan sonra hərbiqulluqçuların idman hazırlığı izlənilib.

Qonaqlar tapança, pnevmatik silah və kiçikçaplı tüfənglərdənatəş açmaq üçün nəzərdə tutulmuş 25 metr uzunluğunda iki atışzolağı, həmçinin atışın nəticələrinin monitorda əks olunduğu qapalıatış şəhərciyinə gələrək burada yaradılan şəraitlə tanış olub.

Hərbi qulluqçuların məişət şəraiti ilə maraqlanan nümayəndəheyəti əsgər yataqxanasına, silah otağına, əşya anbarına, ideolojiiş və digər inzibati otaqlara, həmçinin yeməkxanaya baxıblar.

Qonaqlar tam təchizatlı komandoların sıra hazırlığına baxdıqdansonra onların dağ komando qülləsində və kəşfiyyat cığırındafəaliyyətlərini izləyiblər.

Müdafiə Sənayesi Nazirliyinin, həmçinin "RTX" və "Improtex"şirkətlərinin istehsal etdiyi pilotsuz uçuş aparatı (PUA), silah,avtomobil və xüsusi texnika, eləcə də digər döyüş vasitələrindənibarət sərgini izləyən qonaqlara onların taktiki-texnikixüsusiyyətləri barədə ətraflı məlumat verilib.

Daha sonra Somali nümayəndə heyətinə Azərbaycan Ordusununistifadəsində olan silah-sursat, təchizat və döyüş texnikası təqdimedilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkilləriçəkdirilib.

Məqalədə:
Seçilən
9
37
az.trend.az

10Mənbələr