Berlin, 13 fevral, AZƏRTAC
Münxenin mərkəzində avtomobil insanların üzərinə hərəkət edərək bir neçə nəfəri vurub.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.
Münxen polisinin X hesabında yaydığı açıqlamada naməlum sürücünün avtomobili bir qrup insanın üzərinə sürdüyü bildirilib. Polis sürücünü saxlayıb. Hadisənin təfərrüatları, o cümlədən avtomobilin insanların üzərinə qəsdən sürülüb-sürülməməsi barədə hələlik əlavə məlumat verilməyib.
Qeyd edək ki, hadisənin baş verdiyi ərazidə xidmət sektoru işçilərinin mitinqi keçirilirdi. Xəsarət alanlar arasında mitinq iştirakçılarının olub-olmaması dəqiq müəyyənləşdirilməyib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin