Dövlət xəstəxanalarının bir çoxunda MRT cihazları tapılmır.
“Xəbər Ertəsi”nin qaynar xəttinə müraciət edən vətəndaşlar iddia edir ki, xəstəxanalara mrt ilə bağlı müraciət etdikdə ya cihazın olmadığı deyilir, ya da bir neçə ay gözləmək lazım olduğu bildirilir.
Xüsusilə sözügedən çatışmazlıq bölgələrdə daha da aktualdır. Tovuzda yaşayanlar deyirlər ki, xəstəxanalarda MRT aparatları yoxdur. Müraciət etxikdə, başqa şəhər və rayonlara yönləndirilirlər.
Tovuzda yaşayanları MRT üçün əksər vaxt Gəncəyə yönləndirilir.. Amma burada da bir çox xəstəxanada sözügedən cihaz yoxdur. Gəncə şəhər birləşmiş xəstəxanasına müraciət edənlərə MRT cihazlarının nasaz olduğu deyilir.
Tibbi məsələlər üzrə ekspert Adil Qeybullanın sözlərinə görə, MRT cihazları çox az xəstəxanalarda var. Eyni funksiyanı icra edən Daha müasir avadanlıqlar isə dövlət xəstəxanalarında ümumiyyətlə yoxdur.
Məsələ ilə bağlı TƏBİB dən isə bildirdilər ki, sözügedən problemlə bağlı araşdırma aparılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.