AZ

Münxen Təhlükəsizlik Konfransının keçiriləcəyi yerə hücum: yaralılar var

Almaniyanın Münxen şəhərində sürücü avtomobili izdihamın üzərinə sürüb. Hadisə nəticəsində 15 nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.

Bildirilib ki, hadisədən əvvəl atəş səsləri eşidilib. Nəqliyyat vasitəsinin sürücüsü yaxalanıb. Hazırda təhlükənin olmadığı açıqlanıb.

Qeyd edək ki, sabah şəhərdə Münxen Təhlükəsizlik Konfransı keçiriləcək. Hücumun da məhz konfransın keçiriləcəyi yerin yaxınlığında törədildiyi iddia edilir.

Seçilən
3
publika.az

1Mənbələr