AZ

Konseysao “Feyenoord”a məğlubiyyətə aydınlıq gətirdi

“Milan”ın baş məşqçisi Serjio Konseysao UEFA Çempionlar Liqasının 1/16 finalında “Feyenoord”a səfər məğlubiyyətinə aydınlıq gətirib.

Arena.az məlumat verir ki, cütün ilk oyununda “rossoneri” Rotterdamdan 0:1 hesablı gözlənilməz məğlubiyyətlə qayıdıb.

Konseysao matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bizim daha bir 90 dəqiqəmiz var. “Feyenoord” çox aqressiv idi və çoxlu təkbətək mübarizələri qazandı. Belə vəziyyətlərdə qələbə qazanmaq xeyli çətindir. Bizim, oyunu heç-heçə ilə başa vurmaq imkanımız vardı, amma biz öz fürsətlərimizi gerçəkləşdirə bilmədik. Həmçinin buraxılmış qolla vəziyyətdə bəztimiz gətirmədi. Bizə, bu oyunu diqqətlə təhlil etmək və təkmilləşdirilməsi vacib olan baxışları aşkara çıxarmaq gərəkdir. Biz duyğusal hazırlığımızı və şövqümüzü bütün yarış boyu boyu qoruyub-saxlamalıyıq”, – italyan jurnalist Canluka Di Martsionun saytı portuqal mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, cavab oyunu çərçivəsində “Milan” fevralın 18-də “San-Siro”da “Feyenoord”u son sınağa çəkəcək.

Seçilən
24
arena.az

1Mənbələr