AZ

Maskın oğlu Oval Ofisdə Trampa meydan oxuyub

Bakı, TurkicWorld

ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri təyin etdiyi məşhur iş adamı İlon Mask ilə görüşüb.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, görüş zamanı Maskın 4 yaşlı oğlu X Æ A-12 isə mətbuat konfransında diqqətləri üzərinə çəkib.

Görüş çərçivəsində keçirilən mətbuat konfransında Mask jurnalistlərin suallarını cavablandırarkən, oğlu X Æ A-12 atasının çiynində oturaraq, üz ifadələri və tez-tez atasının sözünü kəsməsi ilə diqqət mərkəzində olub.

Mask demokratiya barədə danışarkən, oğlu onun jestlərini təqlid etməyə başlayıb və bu, milyarderin tez-tez fasilə verməsinə səbəb olub.

Maskın pərəstişkarları onun oğlunun Oval Ofisdə sərbəst davranışlarını maraqla izləyib və sosial şəbəkələrdə "çox şirin" və " oğlu əsas şounu oğurladı" kimi çoxsaylı şərhlər yazıblar.

Görüş zamanı X Æ A-12 atasının danışığını kəsərək ABŞ Prezidenti Donald Trampa “Sən prezident deyilsən və getməlisən. Sənin susmanı istəyirəm” deyib.Tramp isə bu sözlərə reaksiya verməyib və susqunluğunu qoruyub.

Seçilən
9
turkic.world

1Mənbələr