“Feyenoord”un baş məşqçi əvəzi Paskal Bosxart UEFA Çempionlar Liqasının 1/16 finalında “Milan” üzərində ev qələbəsini şərh edib.
Arena.az məlumat verir ki, cütün ilk oyununda “Feyenoord” “rossoneri” üzərində 1:0 hesablı gözlənilməz qələbəni bayram edib.
Bosxart matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularım oynaya bildiklərini bir daha nümayiş etdirdilər. Bizim bir planımız vardı. Biz bunu azacıq dəyişdik, amma bu plan bizdə vardı. Biz müdafiədə çox yaxşı çıxış etdik, yaxşıca təpki basırdıq. Ancaq bu, yalnız ilk addımdır”, – UEFA-nın mətbuat xidməti niderlandlı mütəxəssisdən sitat gətirir.
Xatırladaq ki, cavab oyunu çərçivəsində “Feyenoord” fevralın 18-də Milanda “rossoneri”nin “qonağı” olacaq.