Almaniyanın Münhen şəhərində naməlum şəxs avtomobilini bir qrup insanın üzərinə sürüb.
“Qafqazinfo” “Bild”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 20 nəfər xəsarət alıb. Onlar arasında uşaq da var.
Avtomobilin sürücüsü saxlanılıb. Bununla belə, digər detallar açıqlanmayıb.
Onu da qeyd edək ki, insident fevralın 14-də başlayacaq Münhen Təhlükəsizlik Konfransının keçiriləcəyi məkanın yaxınlığında qeydə alınıb. Fevralın 16-na qədər davam edəcək tədbirdə Almaniya Kansleri Olaf Şolts və xarici liderlər iştirak edəcək.