AZ

ABŞ başqa ölkələrin işinə qarışmağı dayandırmalıdır: Mask “OD PÜSKÜRDÜ”

ABŞ başqa ölkələrin işlərinə qarışmağı dayandırmalı və daxili məsələlərini həll etməyə başlamalıdır.

Publika.az "Associated Press"ə (AP) istinadən xəbər verir ki, bunu amerikalı milyarder və Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Hökumətlərin Ümumdünya Sammitində deyib.

“Bəzən Birləşmiş Ştatlar beynəlxalq məsələlərdə müəyyən inadkarlıq nümayiş etdirir. Amma düşünürəm ki, hazırda biz başqa ölkələri rahat buraxmalıyıq və Birləşmiş Ştatlar hər yerdə rejim dəyişikliyinə təkan verməkdənsə, öz problemləri ilə məşğul olmalıdır”, - deyə biznesmen qeyd edib.

Mask onu da bildirib ki, ABŞ prezidenti Donald Trampın administrasiyası dövründə Vaşinqton başqa ölkələrin işlərinə qarışmaqda daha az maraqlıdır.

Seçilən
4
publika.az

1Mənbələr