Bunu Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
"Azərbaycan üç aya yaxındır Ermənistanın təklifini dəyərləndirə bilər, müddət daha da artıq ola bilər. Burada qeyri-adi heç nə yoxdur. Çünki Ermənistan özü bir müddət altı ay Azərbaycanı gözlədib. Əgər Ermənistan altı ay gözlədə bilirsə, Azərbaycanın da üç ay gözlətməyində heç bir problem yoxdur və həqiqətən də Ermənistan sülh danışıqları ilə paralel regionda ordunu silahlandırır, Avropa İttifaqının missiyasının müddətini uzadıb, Amerika ilə strateji tərəfdaşlıq imzalayıb və s. Yəni bütün proseslər paralel gedir, istənilən halda təzad təşkil edir ki, sülhdə maraqlısansa, bu qüvvələrin regionda nə işi var?
Sülh sazişinin uzanmasında və yaxud da ki, cavab vermə məsələsində gecikmələrin olması təbii bir şeydir. Yəni bu hansısa bir müqavilə, razılıq deyil. Bu, sülh sazişidir və 30 ilə yaxın bir münaqişəni bitirəcək məsələdir. Ona görə də yüz ölçüb, bir biçmək, bütün risk faktorlarını dəyərləndirmək, gələcəkdə ehtimal, münaqişə ehtimallarını sıradan çıxarmaq üçün uzun- uzadı istişarələrə ehtiyacı var və rəsmi Bakı gec-tez İrəvana öz təkliflərini yəqin ki, təqdim edəcək. Yəni bu konkret bir cavab olmayacaq. Düzəlişlər formatında yenidən sənədlər Ermənistana göndərilə bilər.
Prinsipcə Ermənistan-Azərbaycan sülh danışıqlarında kifayət qədər böyük məsafə qət edilib. 30 il ərzində əldə edilməyən çox böyük razılıqlar əldə olunub. 80%-ə yaxın müqavilənin, sənədlərin tərtib olunduğunu deyə bilərik. Qalan bir- iki maddə var, onların da müzakirəyə və dəyərləndirməyə ehtiyacı var. Yəqin ki, bu da əsas səbəblərdən biridir. Nəticə etibarilə Azərbaycan tərəfi Ermənistana bir cavab verəcəkdir və bu cavabı da böyük ehtimal ilə Ermənistan da dəyərləndirib Azərbaycana göndərəcək. Hələ ki, bir ortaq razılıq əldə olunmayıb bu mübahisəli məsələlərə dair. Ona görə belə diplomatik trafikin gecikməsi və yaxud da intensivləşməsi məsələləri gündəmə gələ bilir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31