Rejissor Orxan Ağazadənin “Məhbus” film layihəsi Berlin Beynəlxalq Film Festivalının “istedadların inkişafı proqramı” üçün seçilib.
Kulis.az xəbər verir ki, bu proqram 2003-cü ildən etibarən hər il dünyanın kino və serial sənayesindən 200-ə yaxın yaradıcı şəxsi seçərək festival çərçivəsində müxtəlif vörkshop və master-klasslara cəlb edir.
“Məhbus”festivaldaseçilən 10 tammetrajlı bədii film layihəsindən biridir. Filmin müəllifləri proqram çərçivəsində layihələrini inkişaf etdirmək imkanı qazanıblar.
Qeyd edək ki, film dram janrındadır, keçmişindən qurtula bilməyən Rasimin hekayəsindən bəhs olunur.
“Məhbus” rejissorun ilk tammetrajlı bədii film layihəsidir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta