Braziliyalı futbol ulduzu Neymar “Counter-Strike 2” oyununa marağı ilə diqqət mərkəzinə düşüb.
İdman.biz xəbər verir ki, "Santos"un 33 yaşlı hücumçusunun məşhur FPS oyununda 11 min 345 saat keçirdiyi məlum olub.
Bu, bir ildən çox fasiləsiz oyuna bərabərdir.
Maraqlıdır ki, Neymar "Barselona"da çıxış etdiyi 2013-2017-ci illərdə rəsmi matçlarda cəmi 256 saat meydana çıxıb. Bu rəqəm onun "Counter-Strike 2”də keçirdiyi vaxtdan xeyli aşağıdır.
Qeyd edək ki, Olimpiya çempionu son zamanlar zədə səbəbindən meydanda o qədər görünməsə də, virtual aləmdə aktivliyini qoruyur.
İdman.biz