AZ

“Benfika”nın baş məşqçisi “Monako” üzərində qələbədən danışdı

“Benfika”nın baş məşqçisi Brunu Laji UEFA Çempionlar Liqasının 1/16 finalında “Monako” üzərində səfər qələbəsini şərh edib.

Arena.az məlumat verir ki, cütün ilk oyununda “qartallar” Knyazlıq klubu üzərində 1:0 hesablı qələbəni bayram ediblər.

“Benfika”nın baş məşqçisi matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Birinci hissə, burada, qrup mərhələsində oynadığımız, hər iki komandanın yüksək təpki göstərdiyi oyundan fərqli olaraq, çox taktiki idi. Bu dəfə oyun daha da taktiki yönümlü idi və hər iki komandanın qarşıda hələ cavab oyununun olduğunu dərk etdiyi aydın idi”, – UEFA-nın rəsmi saytı portuqal mütəxəssisdən sitat gətirir.

Xatırladaqdaq ki, “Benfika” cavab oyunu çərçivəsində “Monako”nu fevralın 18-də Lissabonda qəbul edəcək.

Seçilən
22
arena.az

1Mənbələr