AZ

Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı


Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla söhbətinin təfərrüatlarını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Telegram” kanalında məlumat verib.
Zelenski söhbəti “yaxşı” və “ətraflı” adlandırıb.
Siyasətçi qeyd edib ki, onlar münaqişənin həlli üçün gələcək təmaslar və görüşlər barədə razılığa gəliblər.
Onun sözlərinə görə, tərəflər “sülhə nail olmaq imkanlarını, komanda səviyyəsində birgə işləmək istəyini” müzakirə ediblər.
Həmçinin, təhlükəsizlik və iqtisadi əməkdaşlıq haqqında sazişin hazırlanması, xüsusən də, pilotsuz təyyarələr və digər müasir istehsalların reallaşdırılması məsələləri müzakirə olunub.
“Ukrayna sülhü hamıdan çox istəyir. Biz etibarlı və davamlı sülhü təmin etmək üçün Amerika ilə birgə addımlarımızı müəyyən edirik. Prezident Trampın dediyi kimi, gəlin bunu həyata keçirək”, - Zelenski bildirib.
Seçilən
1
1
yeniavaz.com

2Mənbələr