2024-cü ildə ölkələrin Korrupsiya İndeksi reytinqinin nəticələrinə əsasən İran 180 ölkə arasında 151-ci yerdə qərarlaşıb.
Bu barədə Beynəlxalq Şəffaflıq Təşkilatı hesabat yayıb.
"İran ötən illə müqayisədə bir pillə geriləyərək 23 xalla 151-ci yerdə qərarlaşıb və bu siyahıda Pakistan və İraq ölkələri İrandan daha yaxşı yer tutublar",- hesabatda bildirilib.
Qeyd edilib ki, bu nəticə ilə də İran son on ildə korrupsiya indeksinə görə ən pis pillədə qərarlaşıb.
Visiontv.az