AZ

Avtomobildən və bankomatdan oğurluq edənləri polis saxladı

Bakı. Trend:

Qaradağ rayonu ərazisində bir nəfərin bankomatdan çıxardığı 1000manatının oğurlanması barədə polisə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlərNazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərləoğurluq əməlini törətməkdə şübhəli bilinən 22 yaşlı S.Məmmədovmüəyyən olunaraq saxlanılıb.

Əlavə olaraq digər oğurluq hadisəsi isə paytaxtın Yasamal rayonuərazisində qeydə alınıb.

Rayon ərazisində “Hyundai” markalı avtomobildən 600 manatdəyərində çantanı oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyniəmələ görə məhkum olunmuş 32 yaşlı O.Həsənov polis əməkdaşlarıtərəfindən müəyyən edilərək saxlanılıb. Ondan psixotrop maddə olanmetamfetamin də aşkar olunaraq götürülüb.

Məqalədə:
Seçilən
10
2
az.trend.az

3Mənbələr