AZ

“Tramp Putinə təslim olub” - “Onun administrasiyası utanmalıdır”

ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton hesab edir ki, Trampın Ukraynanın potensial itkiləri, güzəştləri barədə hələ Rusiya ilə danışıqlara başlamazdan əvvəl verdiyi açıqlamalar onun “əslində Putinə təslim olması” anlamına gəlir.

“AzPolitika” xəbər verir ki, C.Bolton özünün X (Twitter) səhifəsində Trampın Ukrayna siyasətini kəskin tənqid edərək yazıb ki, Rusiyaya “Ukraynanın suverenliyinə qəsd etməyə, Şimali Koreya kimi düşmənləri ona döyüşməkdə kömək etmək üçün cəlb etməyə icazə verilməsi, sonra isə Ukraynanın ərazilərinin və təhlükəsizlik zəmanətlərinin, ya da NATO üzvlüyünün itirilməsini qəbul edərək ukraynalıların satılması” qəbuledilməzdir: “Danışıqlar başlamazdan əvvəl bu və digər güzəştləri etməklə Tramp Ukrayna məsələsində faktiki olaraq Putinə təslim olub”.

Amerika prezidentinin keçmiş müşaviri qeyd edib ki, o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Vladimir Putin arasında danışıqlarda Trampın Rusiyaya üstünlük verəcəyi barədə dəfələrlə xəbərdarlıq edib: "Rusiyanın hərbi göstəriciləri miskin idi, lakin Tramp Putinin işğal qərarına haqq qazandırır... ABŞ liderləri birmənalı şəkildə Ukraynanı və Kiyevi dəstəkləyən bütün NATO müttəfiqlərini dəstəkləməlidirlər. Kremlin Ukraynaya qarşı əsassız təcavüzünün uğur qazanmasına imkan vermək bizim milli maraqlarımıza uyğun deyil. Tramp administrasiyası buna görə utanmalıdır".

Qeyd edək ki, fevralın 12-də ABŞ-nin yeni müdafiə naziri Pit Heqset Ukraynanın 2014-cü ildən əvvəl mövcud olan sərhədlərə qaytarılmasının real məqsəd olmadığını bildirib və əlavə edib ki, ABŞ Ukraynanın NATO-ya üzvlüyünü real hesab etmir.

“AzPolitika.info”

Seçilən
3
azpolitika.info

1Mənbələr