AZ

İsrail İrandakı nüvə obyektlərinə hücuma hazırlaşır

ABŞ kəşfiyyat agentlikləri belə qənaətə gəliblər ki, İsrail bu il İranın nüvə obyektlərinə böyük zərbələr endirməyi düşünür. Bu barədə The Wall Street Journal yazır.

Bu barədə məlumat ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyasının son günlərində hazırlanan hesabatda yer alıb. Mənbələr bildirir ki, İsrail ABŞ-ın yeni prezidenti Donald Tramp administrasiyasından dəstək almağı planlaşdırır.

Qeyd olunur ki, İsrail öz hərəkətləri ilə Tehranı zəiflətməyi planlaşdırır.

Bu yaxınlarda İran prezidenti Məsud Pezeşkian bəyan edib ki, Amerika hakimiyyəti İsraili respublikaya hücuma təhrik edir. Onun sözlərinə görə, ABŞ İranın Qəzzada olduğu kimi hücuma məruz qaldığını görmək istəyir.

Fevralın 8-də Donald Tramp “The New York Post” qəzetinə müsahibəsində nüvə məsələlərində İranla razılaşmaq istədiyini bildirib. Amerika lideri əlavə edib ki, onun üçün bu, İranı bombalamaqdan daha üstün ssenaridir.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
23
oxumeni.az

1Mənbələr