“Seltik”in baş məşqçisi Brendan Rocers UEFA Çempionlar Liqasının 1/16 finalında “Bayern”ə ev məğlubiyyətinə aydınlıq gətirib.
Arena.az məlumat verir ki, cütün ilk oyununda “Seltik” Almaniya nəhənginə 1:2 hesablı məğlubiyyətə üzülüb.
Brendan Rocers matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Hesab 2:1 ikən “Bayern” bir tükdən asılı qalmışdı. Bizim hələ də bir fürsətimiz var. Gəlin görək, hər şey necə başa çatacaq.
Komandamın bir çox oyunçuları üçün bu təcrübə yenidir. “Seltik” əvvəlki tək oyunda qalır”, – UEFA-nın mətbuat xidməti şimaliirland mütəxəssisdən sitat gətirir.
Xatırladaqdaq ki, “Seltik” cavab oyunu çərçivəsində fevralın 18-də Münhendə “Bayern”in “qonağı” olacaq.