Bakı. Trend:
Qərbi Azərbaycan İcmasının üzvləri vaxtilə indiki Ermənistanərazisində, dədə-baba torpaqlarında yaşayan, məcbur şəkildə oradançıxarılan insanlar və ya onların övladlarıdır. Bu gün icma üzvlərisadəcə tarixi torpaqlarına qayıtmaq və orada yaşamaq hüququnu tələbedirlər.
Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı AydınMirzəzadə deyib.
Millət vəkili xatırladıb ki, erməni icması bu torpaqlara 200 iləvvəl zorla köçürülüb:
“Daha sonra Çar Rusiyası və Sovet hakimiyyətinin dəstəyi iləazərbaycanlılar zorla oradan çıxarılıblar. İcma üzvlərinin geriqayıtmaq hüququ var. Bu, beynəlxalq hüquqda öz əksini tapıb.Ermənistan yeganə ölkədir ki, orada əhalinin 99 faizi ancaq birxalqdan - ermənilərdən ibarətdir. Özləri dünyanın istənilən yerindəyaşayırlar. Ancaq Ermənistanda digər xalqların yaşamsına imkanvermirlər. Azərbaycanlıların qayıtması tələbi onları ciddi narahatedir. Azərbaycan Ermənistanın ərazi bütövlüyünü şübhə altına almır,geri qayıdacaq azərbaycanlılar özlərinə xüsusi hüquq tələbetmirlər. Azərbaycanlılar qayıtsa, onlar öz bilikləri, imkanlarıilə həmin dövlətin qüvvətlənməsinə kömək edəcəklər”.
Deputat vurğulayıb ki, bir müddət Ermənistan Qərbi Azərbaycanməsələsini özünün daxili auditoriyasına buraxmaq istəməyib.
“Ancaq İcmanın apardığı hərtərəfli və beynəlxalq hüquqa uyğunolan siyasət Ermənistan rəhbərliyinin bu məsələni müzakirə etməsinəsəbəb olub. Ermənistan liderinin bu məsələ ilə bağlı söylədiklərihəm beynəlxalq hüquq, həm də sağlam təfəkkürə ziddir. O, məsələninmahiyyətini dəyişməyə, Azərbaycanın bu təşəbbüsü ilə bağlı yanlıştəsəvvür yaratmağa çalışır. Bununla belə, hiss edilir ki,Ermənistan rəhbərliyi, siyasi elitası azərbaycanlıların gec-tezoraya qayıdacağını başa düşür. Bacardıqları qədər ya bununqarşısını almağa, yaxud bunu ləngitməyə cəhd edirlər. Onlarıncəhdlərinə baxmayaraq, azərbaycanlılar öz dədə-baba torpaqlarına,İrəvana, Zəngəzura, Göyçəyə mütləq qayıdacaqlar”, - A.Mirzəzadəəlavə edib.
Milli Məclisin deputatı Arzuxan Əlizadə isəTrend-əaçıqlamasında bildirib ki, Nikol Paşinyan son müsahibəsində QərbiAzərbaycan İcmasının Qərbi Azərbaycana qayıdış konsepsiyasınıErmənistanın ərazi bütövlüyü üçün “təhdid” olduğunu qeyd edib:
“Qərbi Azərbaycana qayıdış konsepsiyası beynəlxalq hüquqdaqayıdış hüququ kimi tanınan prinsiplərə tam uyğundur. Son bir əsrərzində bir milyondan çox soydaşımız deportasiya olunub, çox ciddiməhrumiyyətlərə düçar edilib. Onların dədə-baba torpaqlarınaqayıdış hüququnu heç kim əllərindən ala bilməz. Qərbi Azərbaycanadlandırdığımız tarixi torpaqlarımız Azərbaycan DemokratikCümhuriyyətinin ərazisi kimi tanınıb. Həm Azərbaycan, həm dəErmənistan 1991-ci ildə qəbul etdikləri müstəqillik aktlarındaözlərini 1918-1920-ci illərdə mövcud olan dövlətlərin varislərikimi göstəriblər. Bununla da konstitusion müstəvidə də Zəngəzur,Dərələyəz, Göyçənin Azərbaycana məxsus olması təsbit olunub”.
Arzuxan Əlizadənin sözlərinə görə, Ermənistan bəhanə gətirməklə,guya ərazi bütövlüyünə “təhdid” olduğunu deməklə nəyəsə nail olabilməz:
“Ermənistan və onun başında dayanan “siyasətçilər” Azərbaycanıngüclənməsindən, regionda söz və güc sahibi olmasındannarahatdırlar. Çox yaxşı anlayırlar ki, biz hədəflərimizə doğruinamla irəliləyirik. Həmin hədəflərdən biri də bizimsoydaşlarımızın öz dədə-baba torpaqlarına qayıtması hüquqununbeynəlxalq müstəvidə təsbit edilməsi və bunun reallaşmasıdır. Bu,ermənilərin hansı narahatlıqları keçirəcəklərindən asılı olmayaraqbaş verəcək reallıqdır”.
Deputat əlavə edib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsiimzalamaq istəyirsə, öz konstitusiyasına dəyişiklik etməlidir.
“Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarındanhüquqi müstəvidə əl çəkməlidir, demarkasiya və delimitasiya, 4kəndin qaytarılması, kommunikasiya xətləri, nəqliyyat qovşaqlarınınaçılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinəyetirməlidir. Ermənistan, həmçinin, Türkiyədə “Qərbi Ermənistan”adlandırdığı torpaqlara da ərazi iddiası edir. Buna görə dəAzərbaycanın haqlı tələbləri Ermənistanı narahat edir. Bu günErmənistan hücum silahları ilə silahlandırılır, bu, yolverilməzdir,sülh və sabitliyə təhdiddir. Ermənistan bu faktların fərqindəolmasa, təbii ki, daha çox özləri böyük problemlərlə üzləşməliolacaqlar. Ermənistanın regionda mövcudluğu da sual altına düşmüşolacaq”, - deyə o qeyd edib.