Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan cüdoçusu Turan Bayramov Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edə bilməyəcək.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı məşq zamanı aldığı zədə səbəbindən yarışı buraxacaq.
Qeyd edək ki, fevralın 14-16-da Milli Gimnastika Arenasında keçiriləcək “Böyük Dəbilqə”də Azərbaycan 12 çəki dərəcəsində 32 idmançı (23 kişi və 9 qadın) ilə təmsil olunacaq.