AZ

Kompani: “Seltik”lə oyunun əhəmiyyətini yüksək qiymətləndiririk”

“Bayern”in baş məşqçisi Vensan Kompani UEFA Çempionlar Liqasının 1/16 finalında “Seltik” üzərində səfər qələbəsini şərh edib.

Arena.az məlumat verir ki, cütün ilk oyununda “Bayern” Şotlandiya nəhəngi üzərində 2:1 hesablı qələbəyə sevinib.

Kompani matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bu oyunun hələ birinci yarısıdır. Ümumiyyətlə, nəticə həqiqətən də möhtəşəmdir. Yerli azarkeşlər burada, xüsusən də avrokubok oyunlarında komandalarının məğlubiyyətlərini nadir hallarda görürlər. Buna görə də biz bu qələbənin və göstərilən oyunun əhəmiyyətini yüksək qiymətləndiririk.

Son 10 dəqiqə ərzində biz müdafiə sipərini qoruyub-saxlamalı olduq və bunun öhdəsindən yaxşı gəldik. Belə anlarda, oyunun diribaş getməyə başladığı zaman bu məkanın nə qədər xüsusi olduğunu hiss edirsən”, – UEFA-nın rəsmi saytı belçikalı mütəxəssisdən sitat gətirir.

Xatırladaqdaq ki, “Bayern” cavab oyunu çərçivəsində “Seltik”i fevralın 18-də Münhendə qəbul edəcək.

Seçilən
35
arena.az

1Mənbələr