Bakı. Trend:
"Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin (ASC) balansındaolan 8 ədəd köhnə tipli qazanxananın yenidən qurulması vəmodernizasiya edilməsi nəzərdə tutulur.
Trend-in əldəetdiyi məlumata görə, artıq bununla bağlı hazırlığa başlanılıb.
Belə ki, ilkin olaraq layihələndirmə işləri həyata keçiriləcək.Daha sonra yenidənqurma işləri start götürəcək.
"Azəristiliktəchizat” ASC sözügedən işlərin icrasına 310,6 minmanat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.