AZ

Qazax teatrında “Səsin mənəm, Xocalı!” adlı səhnə əsəri nümayiş etdiriləcək

Qazax, 13 fevral, Vüsalə Cənnətova, AZƏRTAC

Qazax Dövlət Dram Teatrında XX əsrin qanlı faciəsi - Xocalı soyqırımına həsr edilmiş “Səsin mənəm, Xocalı!” adlı ədəbi-bədii kompazisiya nümayiş etdiriləcək.

Teatrdan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlimata görə, hazırda məşqləri aparılan, fevralın 25-i nümayiş olunacaq ədəbi-bədii kompozisiyanın ssenari müəllifi və quruluşçu rejissoru Ceyhun Vəlizadə, rəssamı Aysan Omarovadır.

Rolları Əməkdar artist Hacı Hacıyev, Rüfət Ömər, Ceyhun Vəlizadə, Xəyalə Eminalıyeva, Zəmanə Dərviş, Kamil Məmmədov ifa edəcəklər. Yaradıcı heyət Novruz bayramına həsr olunan, balaca tamaşaçılar üçün nəzərdə tutulan “Ünsürlərin sehri” adlı tamaşanın məşqlərini də davam etdirir. 18, 19, 20 mart tarixlərində nümayiş etdiriləcək tamaşada rolları Rüfət Ömər, Xəqan Qurbanov, Ceyhun Vəlizadə, Vüsal Hüseynov, Məmməd Hacaliyev, Əhməd Musayev, Zəmanə Dərviş, Aytac Cəfərova canlandıracaqlar. Sənhə əsərinə Ceyhun Vəlizadə quruluş verir. Teatrda gələn ay Ağalar İdrisoğlunun əsəri əsasında hazırlanan “Teleqram”, Şəbnəm Xeyrullanın monopyesi əsasında hazırlanan “Arqon” adlı tamaşaların premyerası da nəzərdə tutulub.

Seçilən
2
azertag.az

1Mənbələr