Misir prezidenti Əbdülfəttah əs-Sisi və İordaniya kralı II Abdullah Qəzzə ilə bağlı ortaq mövqelərini dilə gətirərək atəşkəsin təmin edilməsi, əsirlərin azad edilməsinin davam etdirilməsi və təcili humanitar yardıma ehtiyac olduğunu vurğulayıblar. Liderlərin birgə bəyanatı İordaniya kralının Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşündən bir gün sonra yayımlanıb. Hər iki lider Qəzzanın sürətlə yenidən qurulması planını dəstəkləsələr də, Trampın fələstinlilərin öz torpaqlarından çıxarılmasını nəzərdə tutan planına qarşı olduqlarını bəyan ediblər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta