Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıaqlamasında bildirib:
"Bu, il ərzində 15 milyon tondan artıq yüklərin daşınmasını nəzərdə tutan bir layihədir. Təbii ki, Azərbaycan bu layihədə iştirak etməklə öz maraqlarını qoruyur. Layihə üzrə Azərbaycan ərazisindən daşınacaq yüklərə görə tranzit haqlarından əlavə bu dəhliz boyunca yeni iş yerlərinin salınmaıs infrastruktr baxımından çox vacib məsələdir. Bu layihə Amerikanın marağına uyğun olmaya, buna mane olmağa çalışa bilər. Amma bu məqsədə çata biləcəyini düşünmürəm, çünki layihənin iki əsas əməkdaşı Rusiya və İrandır. Amerikanın marağında olmayan hər hansə bir layihədə iştirak etməməyimiz şərt deyil. Hər bir dövlətin özünün milli maraqları var və bu milli maraqları çərçivəsində çıxış edir. Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycanın ərazisindən keçir və buradan da gəlirlər əldə edə bilərik".
Zeynəb Rzayeva