Bakı. Trend:
Şahdəniz qaz-kondensat yatağında 2006-cı ildə kommersiyaməqsədilə istismara verildikdən 2024-cü ilin sonunadək hasil edilənqazın həcmi açıqlanıb.
Trend bubarədə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair ötən ilinnəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Məlumata görə, 2006-cı ildən ötən ilin sonuna kimi Şahdənizyatağından 237 milyard kubmetr qaz hasil edilib. Bəhs olunan dövrdəyatağın kondensat hasilatı 49 milyon ton təşkil edib.
Qeyd edək ki, ötən il Şahdəniz yatağından 28 milyard standartkubmetr qaz hasil edilib. Bu göstərici əvvəlki illə müqayisədə 2milyard standart kubmetr, yaxud da 7,7% çoxdur. Bununla yanaşı,ötən il Şahdəniz yatağından 4 milyon tondan çox (təqribən 35 milyonbarel) kondensat hasil edilib. Bu göstərici illik müqayisədədəyişməyib. Belə ki, 2023-cü ildə Şahdəniz yatağından ümumilikdə -Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən26 milyard standart kubmetr qaz və 4 milyon tondan çox (təqribən 35milyon barel) kondensat hasil edilib.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən79 milyon (ildə təqribən 29 milyard) standart kubmetrdir.