AZ

Çinin sosial mediasında ikinci freqatın görüntüləri yayılıb

Çinin sosial mediasında Xalq Azadlıq Ordusu Hərbi Dəniz Qüvvələrinin ikinci “Tip-054B” freqatının dəniz sınaqlarına başladığının görüntüləri yayılıb.

Herbiand.az bildirir ki, bu fakt Pekinin hərbi-dəniz qüvvələrini genişləndirməkdə və aparıcı dəniz gücü kimi mövqeyini gücləndirməyi göstərir.

Qeyd edək ki, “Tip-054B” sinifli ilk freqat bu ilin yanvarında istismara verilib.

Çinin dəniz donanmasının genişlənməsində ən diqqətəlayiq üstünlüklərindən biri onun sənaye bazasıdır. Ölkənin gəmiqayırma sənayesi qlobal bazarda üstünlük təşkil edir. Kommersiya və hərbi sifarişlərin böyük əksəriyyətinin payı bu ölkənin üzərinə düşür.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
10
herbiand.az

1Mənbələr