“Qəbələ”nin quru oyunlar seriyası qırılıb.
İdman.biz xəbər verir ki, “qırmızı-qaralar” I Liqanın 2024/25 mövsümündə ilk qolu XIV turda buraxıb.
İlk 13 oyunda qapısını toxunulmaz saxlayan Səlahət Ağayev “İmişli” ilə səfər matçında məyus olub. Görüşün 72-ci dəqiqəsində Dioqo Rollo fərqlənib.
Bununla da “Qəbələ” və Səlahətin seriyası 1241 dəqiqədən sonra qırılıb.
Qeyd edək ki, davam edən “İmişli” – “Qəbələ” oyununda hesab 1:1-dir.
İdman.biz