AZ

Vaşinqtonun Kiyevi satması “bağışlanmazdır” - Bolton

ABŞ respublikaçılarının Rusiyanın Ukraynadakı müharibəsinə son qoymaq üçün gələcək danışıqların Kiyevin xeyrinə olmayacağı ilə bağlı bəyanatları ABŞ prezidenti Donald Trampın Kremlin tərəfinə keçdiyini göstərir.

XəzərNews.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib.

Onun sözlərinə görə, Vaşinqtonun Ukrayna ərazilərinin və təhlükəsizlik zəmanətlərinin itirilməsi və ya NATO-ya üzvlüklə razılaşaraq Kiyevi satması “bağışlanmazdır”.

“Mən dəfələrlə xəbərdarlıq etmişəm ki, Ukrayna prezidenti Zelenski və Rusiya lideri Vladimir Putin arasında danışıqlarda Tramp təcavüzkar ölkə Rusiyaya üstünlük verəcək... Rusların hərbi göstəriciləri fəlakətli olub, lakin Tramp Putinin işğal etmək qərarına haqq qazandırır”, - Con Boltonun yazısında deyilir.

Xəbər 3 dəfə oxunub.
Seçilən
7
xezernews.az

1Mənbələr