Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Dövlət rəhbərlərinin şəxsi münasibətləri də yüksək səviyyədədir, dövlətlərin özlərinin münasibətləri yüksək səviyyədədir. Bu baxımdan, ümumiyyətlə, Azərbaycanla Çinin bir-birinin ziddinə olacaq hər hansı davranışı müşahidə edilmir və gözlənilmir. Təbiidir ki, Çində bizim üçün millət olaraq problem var. Bu da bizim soyumuzdan olan, qanımızdan olan uyğurlarla bağlı problemdir ki, Azərbaycan dövləti də digər türk və müsəlman dövlətləri kimi hələ ki, bu məsələdə məsafəli davranır. Amma biz cəmiyyət olaraq həmin məsələyə münasibətdə təbii ki, məsafəli deyilik. Şəxsən mən özüm 10 illərdir o problemlə məşğul oluram. Günü bu gün də məşğul oluram və Çinlə münasibətlərdə uyğurları gözardı etməyin tərəfdarı deyiləm. Əlbəttə, dövlət yanaşması fərqlidir, bizim yanaşmamız fərqli ola bilər. Amma bunun fonunda Azərbaycan dövləti ilə Çin arasında alıb verə bilməyəcəkləri narazılıq və qarşıdurma yaradacaq heç bir əngəl yoxdur. Yəni bizim dövlətlərimizin ümumi maraqları çox vaxt üst-üstə düşür. Özəlliklə də Qərbin anti-hərəkatlarına qarşı mübarizədə Azərbaycanla birlikdə rahat şəkildə hərəkət edə bilir".