AZ

Keynin etdiyini "Bayern" tarixində heç kim bacarmayıb

Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin ilk oyunları çərçivəsində dünən baş tutan görüşdə "Seltik"i  2:1 hesabı ilə məğlub edən "Bayern Münhen"in hücumçusu Harri Keyn rekorda imza atıb.

Fanat.Az xəbər verir ki, Şotlandiyadakı görüşdə Almaniya nəhənginin qollarından birini vuran ingilis hücumçu "Bayern" forması ilə çıxdığı 20-ci ÇL matçında 20 məhsuldar göstərici ilə (15 qol və 5 məhsuldar ötürmə) yadda qalıb.

Bu, Münhen klubunun tarixində indiyədək heç bir oyunçunun reallaşdıra bilmədiyi nəticədir.

Qeyd edək ki, Keyn 2023-cü ilin yayından "Bayern"in uğurları üçün çalışır. O vaxtdan bəri Münhen komandasının heyətində bütün turnirlərdə 72 matç keçirən ulduz forvard 72 qol və 22 məhsuldar ötürmə müəllifi olub. İngiltərə yığmasının futbolçusunun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Seçilən
9
fanat.az

1Mənbələr