AZ

Erməni nazir: “44 günlük müharibədə həlak olan bir neçə əsgərin cəsədi basdırılıb”

Bu yaxınlarda 44 günlük müharibə zamanı həlak olan bir neçə əsgərin cəsədi dəfn edilib.

Herbiand.az erməni mətbuatına istinadən bildirir ki, bunu Ermənistanın səhiyyə naziri Anait Avanesyan hökumətin iclasından sonra keçirilən brifinqdə məlumat verib.

Nazir qeyd edib ki, dəfn mərasimi ölənlərin yaxınlarının razılığı ilə keçirilib.

Onun sözlərinə görə, qalıqların tanınması halları da var, lakin yaxınları nəticələri qəbul etməkdən imtina edirlər: “Bu istiqamətdə işlər davam edir. Biz həmçinin, İdarələrarası Komissiya qrupu çərçivəsində də işlər görürük ki, son nəticədə bütün qalıqları basdıra bilək”.

Anait Avanesyan belə halların sayının nə qədər olduğunu açıqlamayıb: “Bütün belə hallarda Ermənistanda və xaricdə aparılan müayinələrin nəticələri üst-üstə düşür”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
1
herbiand.az

1Mənbələr