Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Pskov vağzalında terror aktının qarşısını alıb.
AzNews.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, aktı hazırlayan terrorçular zərərsizləşdirilib.
Məlumatda bildirilir ki, cinayəti törədənlər beynəlxalq terror təşkilatının hücrəsinin üzvləri olan Orta Asiyadan olan şəxslərdir. Onlar şəhərin dəmir yolu vağzalını partlatmaq niyyətində olublar və bundan sonra Yaxın Şərq ölkələrindən birinə qaçmağa ümid ediblər.
"Terrorçular saxlanılarkən silahlı müqavimət göstəriblər", - FTB cinayətkarların cavab atəşi ilə zərərsizləşdirildiyini bildirib.
Qeyd olunur ki, terrorçular öncə vağzalda kəşfiyyat aparıblar, əldəqayırma partlayıcı qurğu üçün komponentlər alıblar və onu yığmağa başlayıblar. Onların yaşayış yerindən odlu silah və döyüş sursatı, həmçinin PUA-nın komponentləri götürülüb.